Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmalarının həcmi 24% artıb

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmalarının həcmi 24% artıb
# 13 noyabr 2010 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2010-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 4,374 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 24% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi son bir ildə 2,4 dəfə artaraq 1,254 mln. manat təşkil edib.

Bu müddət ərzində şirkətin könüllü sığorta növləri üzrə topladığı haqların həcmi 3,968 mln. manat, icbari sığorta növləri üzrə isə 406,215 min manat təşkil edib. Daxilolmaların strukturunda 2,344 mln. manat «Yüklərin (nəqliyyat) sığortası», 523,119 min manat «Tibbi Sığorta» və 395,269 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşüb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 54%, 12% və 9% təşkil edib.

Ödənişlərdə isə könüllü sığorta növləri üzrə 1,246 mln. manat, icbari sığorta növləri üzrə 7,1 min manat həcmində vəsait ödənilib. Ödəmələrdə ən çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» (736,677 min manat və ya 59%), «Tibbi sığorta» (204,736 min manat və ya 16,3%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (133,264 min manat və ya 11%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR