Bank Of Baku

«Bank of Baku» bayram günlərində də xidmət göstərəcək

«Bank of Baku» bayram günlərində də xidmət göstərəcək
# 13 noyabr 2010 13:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində də bank xidmətləri göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin noyabr ayının 15-17-də bankın Xaqani küçəsi, 2 ünvanında yerləşən «Xaqani» elektron şöbəsi səhər saat 9:00-dan axşam saat 21:00-dək xidmət göstərəcək.

Bankın «Xaqani» şöbəsində «Cash-in» ödəniş köşkləri vasitəsilə hər hansı ödənişi bir neçə dəqiqə ərzində həyata keçirmək mümkündür. Hazırda həmin şöbədə fəaliyyət göstərən «Cash-in» ödəniş köşkləri əhaliyə istehlak kreditləri və «AvirTel» internet xidmətinin ödənilməsi, həmçinin cari hesabların artırılması sahəsində xidmət göstərir.

Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR