Bank Of Baku

«Bank of Azerbaijan» yeni minik avtomobillərinin kreditləşməsi kampaniyasına başlayıb

«Bank of Azerbaijan» yeni minik avtomobillərinin kreditləşməsi kampaniyasına başlayıb
# 13 noyabr 2010 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Bank of Azerbaijan» ASC yeni «KIA» minik avtomobillərinin kreditləşmə kampaniyasına başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kreditlər üzrə faiz dərəcələri 17%-dən başlayır. Yeni şərtlərə əsasən, kreditin maksimal məbləği 35 min manat təşkil edir, minimal ilkin ödəniş məbləği isə avtomobilin dəyərinin 25%-dək ola bilər.
«Bank of Azerbaijan»ın avtokreditləri üzrə faiz dərəcələri ilkin ödənişin həcmindən asılı olaraq 17%-dən başlayır və kreditin müddəti yeni şərtlərə əsasən 36 aya qədər ola bilər.
Qeyd edək ki, «Bank of Azerbaijan» ASC ümumi avtokreditləşmə şərtlərini optimallaşdırmaqla onları daha əlverişli edib. Avtokreditləşmə proqramı ölkədə rəsmi təmsil olunan bütün avtomobil marka və modellərini əhatə edir. Proqram çərçivəsində yalnız yeni avtomobilləri əldə etmək olar. İstifadə olunmuş avtomobillərin kreditləşdirilməsi fərdi şəkildə həyata keçirilir.
Xatırladaq ki, avtokreditləri «Bank of Azerbaijan»ın Bakı və regionda yerləşən filialları vasitəsilə həyata keçirmək mümkündür.
Səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 166,482 mln. manat, depozit portfeli 71,307 mln. manat, kredit portfeli 130,074 mln. manat, məcmu kapitalı 25,378 mln. manat, o cümlədən nizamnamə kapitalı 23,5 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 12 filialı, 28 bankomatı və 162 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR