Bank Of Baku

Yumşaq pul siyasəti Azərbaycanın fond bazarına mənfi təsir göstərir

Yumşaq pul siyasəti Azərbaycanın fond bazarına mənfi təsir göstərir
# 13 noyabr 2010 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin 9 ayı ərzində Azərbaycanın qiymətli kağızlar bazarı fəaliyyətini əsasən ötən ildən başlamış yumşaq pul siyasəti və bir sıra institusional islahatlar fonunda davam etdirib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin «APA-Economics»ə verilən məlumatda bildirilir ki, bu amillər qiymətli kağızların ilkin və təkrar bazar əməliyyatlarının sayına və həcminə, həmçinin qiymətli kağızların gəlirliyinə təsir göstərib.
Yumşaq pul siyasətinin dövlət qiymətli kağızlarının həcminə təsiri nəticəsində sterilizasiya alətləri olan notların həcmi və gəlirliliyi ötən illə müqayisədə düşüb. Belə ki, ötən ilin 9 ayı ərzində notların gəlirliliyi 2,15%, əməliyyatların həcmi 2,119 mlrd. manat təşkil etdiyi halda, cari ilin həmin dövrü ərzində bu göstəricilər müvafiq olaraq 1% və 754 mln. manat olub. Nəticədə notların həcmi son bir il ərzində 2,8 dəfə azalıb.
Hesabat dövründə korporativ borc bazarı alətləri müsbət, səhm bazarı isə daha aşağı dinamika nümayiş etdirib, bütövlükdə isə korporativ qiymətli kağızlar bazarında əvvəlki rüblərlə müqayisədə nisbi stabillik müşahidə olunsa da illik müqayisədə səhm bazarında kəskin azalma baş verib. Belə ki, hesabat dövrü ərzində korporativ istiqrazların ilkin və təkrar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artıb, səhm bazarı isə 48,2% azalıb.
Korporativ istiqraz bazarında artımın əsas mənbəyi Azərbaycan İpoteka Fondunun (AİF) istiqrazları olub. Hesabat dövründə AİF-in istiqrazları korporativ borc alətlərinin ilkin bazarının 96%-ni, təkrar bazarının isə 99%-ni təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR