Bank Of Baku

Azərbaycan daha iki beynəlxalq konfransa dəvət alıb

Azərbaycan daha iki beynəlxalq konfransa dəvət alıb
# 13 noyabr 2010 14:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Auditorlar Palatası Milli Mühasiblər və Auditorlar İnstitutunun təşkilatçılığı ilə bu ilin noyabr ayının 25-27-də Samarada (Rusiya) keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov bildirib.

N.Talıbovun sözlərinə görə, «Samara təşəbbüsü: iqtisadiyyatda klaster siyasəti» mövzusunda keçiriləcək beynəlxalq konfransda klaster siyasətinin həyata keçirilməsində auditorların rolu və əhəmiyyətindən danışılacaq.

N.Talıbov həmçinin qeyd edib ki, bu ilin dekabr ayının 8-də Azərbaycan Auditorlar Palatası daha bir beynəlxalq konfransa dəvət alıb. Palatanın nümayəndə heyəti gələn ayın əvvəlində Avropa Komissiyasının təşkilatçılığı ilə «Audit siyasəti: böhranın dərsləri (Green Paper-Yaşıl sənəd)» mövzusunda Brüsseldə keçiriləcək tədbirdə iştirak edəcək. Konfransda böhrandan sonra Avropada auditin inkişafı məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, tədbirdə «Yaşıl sənəd»in 38 istiqaməti üzrə Avropa Komissiyasına üzv olan ölkələrin peşəkar təklifləri dinləniləcək. Bu sənədin müzakirəsində Azərbaycan da yaxından iştirak edəcək. Tədbirdə Avropa Auditorlar və Mühasiblər Federasiyası (EFAA) da təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR