Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına üzv ittifaqların kredit portfeli son bir ildə 16% artıb

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına üzv ittifaqların kredit portfeli son bir ildə 16% artıb
# 16 noyabr 2010 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev–APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) üzv olan kredit ittifaqlarının cəmi kredit portfeli 22 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 16% çoxdur. Bu barədə «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə üzv ittifaqların məcmu nizamnamə kapitalı 50% artaraq 7,54 mln. manata, üzvlərin sayı isə 17% artaraq 17 500 nəfərə çatıb. E.Bağırov həmçinin qeyd edib ki, problemli kreditlər məcmu kredit portfelinin 9%-ni, kreditlərin ödənişi və qaytarılması isə 85% təşkil edir.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 69-u qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR