Bank Of Baku

Azərbaycanda illik inflyasiya 5,3%-ə çatıb

Azərbaycanda illik inflyasiya 5,3%-ə çatıb
# 18 noyabr 2010 07:08 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayında ərzaq məhsullarının qiymətləri 1,4%, qeyri-ərzaq mallarının qiymətləri 0,9%, xidmət tarifləri isə 0,2% bahalaşıb.

Yanvar-oktyabr ayları ərzində ölkədə ərzaq məhsulları ötən ilin eyni dövrünə nisbətən 6,2%, qeyri-ərzaq məhsulları 2,1%, xidmət tarifləri isə 5,2% bahalaşıb.

Qeyd edək ki, Asiya İnkişaf Bankının proqnozlarına əsasən, bu il Azərbaycanda inflyasiyanın 5%, 2011-ci ildə isə 4% təşkil edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondu isə 2010-cu ildə Azərbaycanda inflyasiyanın 5,5%, 2011-ci ildə isə 6% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR