Bank Of Baku

Azərbaycanda sığortalanmış bank əmanətləri 66%-ə çatıb

Azərbaycanda sığortalanmış bank əmanətləri 66%-ə çatıb
# 18 noyabr 2010 08:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən 2010-cu ilin III rübü üzrə 43 iştirakçı bankdan topladığı təqvim haqlarının həcmi 940 min manat, 1,353 mln. ABŞ dolları və 180 min avro təşkil edib.

ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, fondun sığorta ehtiyatları 29,973 mln. manat, fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 2,707 mlrd. manat, o cümlədən qorunmayan əmanətlər 929,956 mln. manat (34,4%), qorunan əmanətlər isə 1,777 mlrd. manat (65,6%) olub. Vəsaitləri qorunan əmanətçilərin sayı 5 293 303 nəfər təşkil edib.

Qeyd edək ki, bu ilin iyun ayının 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

ƏSF 2007-ci ilin avqust ayından fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR