Bank Of Baku

«Texnikabank»ın depozit portfeli son bir ildə 45% genişlənib

«Texnikabank»ın depozit portfeli son bir ildə 45% genişlənib
# 18 noyabr 2010 08:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2010-cu il noyabr ayının 1-nə 470,239 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin noyabrın 1-nə olan göstərici ilə müqayisədə 5,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 45% genişlənərək 222,382 mln. manata, kredit portfeli 6% artaraq 365,192 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 37,043 mln. manata çatıb.

Bununla yanaşı, bankın məcmu kapitalı 8,4% artaraq 62,747 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 53,685 mln. manat təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında bankın ümumi gəlirləri 51,013 mln. manat, xərcləri isə 44,115 mln. manat olub. Nəticədə, bu müddət ərzində bankın əldə etdiyi mənfəətin həcmi 6,897 mln. manat təşkil edib. Bu müddət ərzində bankda çalışan işçilərin sayı 4% artaraq 624 nəfərə çatıb.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 60 bankomatı və 172 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR