Bank Of Baku

EBRD: Bu il Azərbaycanda iqtisadi artım 4% olacaq

EBRD: Bu il Azərbaycanda iqtisadi artım 4% olacaq
# 18 noyabr 2010 09:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu proqnoz Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) «Keçid islahatları-2010» hesabatında əksini tapıb. Eyni zamanda EBRD cari ilin yekunlarına görə inflyasiyanı 6% səviyyəsində proqnozlaşdırır.

Bundan əlavə, Avropa Bankı Azərbaycanda xalis birbaşa xarici investisiyaların həcmini bu il üçün 450 mln. ABŞ dolları səviyyəsində proqnozlaşdırır ki, bu da ötən ilə nisbətən 3,1 dəfə çoxdur. Xatırladaq ki, 2008-ci ildə bu göstərici mənfi 541 mln. dollar təşkil edib.

EBRD-nin şərhində bildirilir ki, Azərbaycan üçün əsas islahatlar iqtisadiyyatın diversifikasiyası ilə bağlıdır ki, bu da öz növbəsində neft hasilatı sahəsində kəskin artım dövrünün tədricən başa çatması ilə əlaqəlidir. Hesabatda deyilir ki, iqtisadi böhran iqtisadiyyatın qiymət dəyişkənliklərindən böyük asılıığını üzə çıxarıb ki, bu amil ticarət mühitini kəskin pisləşdirir. EBRD ekspertləri hesab edir ki, Azərbaycanda qeyri-neft ixracının gücləndirilməsi rəqabəti artıracaq və böyük sayda investorların cəlb edilməsinə xidmət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR