Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 32% artıb

Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 32% artıb
# 19 noyabr 2010 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 32% artaraq 2,8 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1,6 mlrd. manatı xarici valyutada, 1,2 mlrd. manatı isə milli valyutada saxlanılır. Ötən ilin analoji dövrü ilə müqayisədə xarici valyutada banklara qoyulan vəsaitlərin həcmi 23,1%, milli valyutada isə 49,1% artıb.

Qeyd edək ki, oktyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta aylıq məzənnəsi 0,80 manat, 1 avroya 1,11 manat, 100 Rusiya rubluna 2,64 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80, 1,06 və 2,66 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR