Bank Of Baku

«Eurobank»ın mənfəəti son bir ildə 3 dəfə artıb

«Eurobank»ın mənfəəti son bir ildə 3 dəfə artıb
# 19 noyabr 2010 12:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Eurobank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 24,922 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 8,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 51,3% artaraq 17,713 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 44,2% artaraq 5,988 mln. manata çatıb. Bankın depozit portfelinin həcmi 17% azalaraq 448 min manat, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 11% artaraq 242 min manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 13,2% azalaraq 5,592 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 8,591 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 32% artaraq 1,445 mln. manat, xərcləri isə 11% azalaraq 768 min manat olub. Nəticədə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə bankın əldə etdiyi mənfəətin həcmi 2,9 dəfə artaraq 677 min manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 17% artaraq 1 469, o cümlədən fiziki şəxslərin sayı 29% artaraq 509, hüquqi şəxslərin sayı isə 11,5% artaraq 960 olub.

Eyni zamanda, işçilərin sayı 7,1% artaraq 30 nəfərə, orta aylıq əmək haqqı isə 13% artaraq 300 manat təşkil edib.

Qeyd edək ki, «Eurobank» ASC 1992-ci ildə «Azinvestbank» Kommersiya Bankı kimi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR