Bank Of Baku

“MDB-də azad ticarət zonası haqqında” saziş bu ilin sonunadək hazırlana bilər

“MDB-də azad ticarət zonası haqqında” saziş bu ilin sonunadək hazırlana bilər
# 19 noyabr 2010 13:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Rusiyanın baş naziri Vladimir Putin “MDB-də azad ticarət zonası haqqında” sazişin bu ilin sonunadək hazırlanmasını mümkün sayır.

APA-Economics”in “İTAR-TASS”a istinadən xəbərinə görə, bu barədə o, MDB hökumət başçıları Şurasının bu gün Sankt-Peterburqda keçirilən iclasının açılışında bildirib.

V.Putinin sözlərinə görə, sözügedən saziş Ümumdünya Ticarət Təşkilatının müasir normaları əsasında hazırlanacaq və 1994-cü ilin köhnəlmiş sazişlərini əvəz edəcək: “Bu saziş MDB məkanında işgüzar tərəfdaşlığın inkişafı üçün etibarlı hüquqi baza olmalıdır”.

Qeyd edək ki, MDB hökumət başçıları Şurasının iclasında Azərbaycanı baş nazirin müavini Yaqub Eyyubov təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR