Bank Of Baku

«CredAgro» nizamnamə kapitalını artırır

«CredAgro» nizamnamə kapitalını artırır
# 19 noyabr 2010 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «CredAgro» bank olmayan kredit təşkilatının adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 4 523 ədəd, emissiyanın ümumi həcmi isə 4 523 manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «CredAgro» QSC-nin səhmlərinin yerləşdirilməsinə artıq yaxın vaxtlarda başlanılacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə təşkilatın nizamnamə kapitalı 2 dəfə artaraq 9 046 manata çatacaq.

Qeyd edək ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Bu ilin avqust ayının 1-nə təşkilatın kredit portfelinin həcmi 30,335 mln. manat, nizamnamə kapitalı 4 523 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR