Bank Of Baku

Yəmən Mikromaliyyə Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

Yəmən Mikromaliyyə Assosiasiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 20 noyabr 2010 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) dəvəti ilə bu il dekabr ayının 6-dan 10-dək Yəmən Mikromaliyyə Assosiasiyasının nümayəndə heyəti Bakıda səfərdə olacaq. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.

J.Hacıyevanın sözlərinə görə, səfər zamanı tərəflər arasında bir sıra görüşlər keçiriləcək, Yəmənlə Azərbaycan arasında mikromaliyyə sahəsində təcrübə mübadiləsi proqramları, eyni zamanda bu proqramların növbəti illərdə də davam etdirilməsi məsələləri müzakirə olunacaq. Səfərin əsas məqsədi bu proqramlar nəticəsində hər iki ölkənin mikromaliyyə sektorunun inkişafını daha da sürətləndirməkdir.

J.Hacıyeva bildirib ki, növbəti ilin əvvəlində AMA-nın dəvəti ilə Banqladeş Mikromaliyyə Assosiasiyasının nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR