Bank Of Baku

Azərbaycan MDB ölkələri ilə ticarət dövriyyəsini 38% artırıb

Azərbaycan MDB ölkələri ilə ticarət dövriyyəsini 38% artırıb
# 20 noyabr 2010 16:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 2 840,2 mln. ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin ilk doqquz ayı ilə müqayisədə Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 37,7% artıb.

Hesabat dövründə Azərbaycandan MDB ölkələrinə ixrac 1,417 mlrd. dollar, MDB ölkələrindən Azərbaycana idxal isə 1 423,2 mln. dollar təşkil edib. Nəticədə 6,2 mln. dollarlıq mənfi saldo yaranıb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac 92,5%, idxal 7,6% artıb, 2009-cu ilin ilk doqquz ayı ərzində 736,1 mln. manatlıq müsbət saldo yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR