Bank Of Baku

«Azal Sığorta» şirkəti müddətsiz lisenziya alıb

«Azal Sığorta» şirkəti müddətsiz lisenziya alıb
# 22 noyabr 2010 08:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «Azal Sığorta» şirkətinə müddətsiz lisenziya verilib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Niyazi İmanov bildirib.

N.İmanovun sözlərinə görə, sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, əvvəllər «Azal Sığorta» ASC-yə verilmiş lisenziyasının müddətinin başa çatması ilə əlaqədar Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Qeyd edək ki, hazırda Azərbaycandakı mövcud 27 sığorta şirkətinin 10-u müddətsiz lisenziya ilə fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Hava Yolları» QSC olan «Azal Sığorta» şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 11,164 mln. manat, sığorta ödənişləri 414,629 min manat, oktyabr ayının 1-nə isə nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 16 könüllü və 2 icbari sığorta növləri üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR