Bank Of Baku

Azərbaycandakı bankların aktivlər üzrə renkinqi

Azərbaycandakı bankların aktivlər üzrə  renkinqi
# 22 noyabr 2010 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gündən etibarən «APA-Economics» Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının 2010-cu ilin oktyabr ayının 1-nə müxtəlif maliyyə göstəriciləri üzrə renkinqlərinin hazırlanmasına başlayır.

Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.

Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2010-cu il oktyabr ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb:

(mln. AZN)

Banklar

 

Aktivlər

1

Azərbaycan Beynəlxalq Bankı

5 095,393

2

Kapital Bank

660,799

3

Bank Standard

589,361

4

Xalq Bank

511,713

5

Texnikabank

472,940

6

Paşa Bank

381,120

7

AccessBank

376,060

8

Unibank

358,884

9

DəmirBank

299,593

10

Bank Respublika

279,067

11

AGBank

250,371

12

Bank of Baku

228,930

13

AtaBank

217,480

14

Zamin Bank

216,535

15

Expressbank

202,352

16

Muğan Bank

193,195

17

Bank Nikoil

186,250

18

Royal Bank

174,850

19

YapıKredi Bank Azerbaijan

171,224

20

Bank of Azerbaijan

166,482

21

Turanbank

126,485

22

Rabitabank

116,876

23

Azərbaycan Sənaye Bankı

111,927

24

Parabank

107,689

25

Kredo Bank

86,145

26

Amrahbank

84,531

27

Bank Avrasiya

55,190

28

Azər-Türk Bank

53,545

29

SilkWay Bank

50,096

30

NBC Bank

47,594

31

Bank Melli İran - Bakı

42,679

32

Gəncəbank

40,947

33

United Credit Bank

40,090

34

Atrabank

37,071

35

Deka Bank

36,376

36

Günaybank

35,333

37

Qafqaz İnkişaf Bankı

34,836

38

VTB Azerbaijan

27,832

39

EuroBank

24,922

40

Kövsər Bank

21,843

41

Azərbaycan Kredit Bankı*

-

42

Birlik Bank*

-

43

AFB Bank*

-

44

Pakistan Milli Bankı - Bakı*

-

45

Naxçıvan Bank*

-

46

Debut Bank*

-

47

BTB Bank*

-


* Bu banklar göstəricilərini təqdim etməyib

Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 47 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 6,350 mlrd. ABŞ dolları) ölçülür.

Cədvəldən göründüyü kimi, yalnız 15 bankda aktivlərin həcmi 200 mln. manat (01.10.2010-cu il vəziyyətinə - 249,252 mln. ABŞ dolları), daha 9 bankda aktivlər 100 mln. manat (124,626 mln. ABŞ dolları), 5 bankda isə 50 mln. manat (62,313 mln. ABŞ dolları) həddini üstələyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR