Bank Of Baku

Azərbaycan prezidenti «İnvestisiya fondları haqqında» qanunu təsdiq edib

Azərbaycan prezidenti «İnvestisiya fondları haqqında» qanunu təsdiq edib
# 22 noyabr 2010 10:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, 11 fəsildən ibarət olan qanun investisiya fondlarının növləri, onların fəaliyyət prinsipləri, investorlarla münasibətlər, fondlar üzrə nəzarət mexanizmləri, investisiya alətləri, lisenziyalaşdırma və sair məsələləri əhatə edir.

Sənədə əsasən, Azərbaycanda investisiya fondları səhmdar və paylı fondlar kimi yaradıla bilər. Səhmdar investisiya fondları hüquqi şəxs statusu daşıyır, açıq səhmdar cəmiyyəti formasında yaradılır və lisenziya əsasında fəaliyyət göstərir. Səhmdar investisiya fondunun kapitalı səhmlərin satışından əldə olunan vəsait hesabına formalaşır.

Paylı investisiya fondları isə hüquqi şəxs statusuna malik deyil və onlar açıq, interval və qapalı fondlar kimi yaradılır. Paylı fondların kapitalı açıq və interval fondlar üçün qeyri-məhdud sayda, qapalı fondlar üçün isə idarəçisi tərəfindən müəyyən edilmiş sayda buraxıla bilən investisiya fond paylarının satışından əldə edilən vəsait hesabına formalaşır. Qeyd edək ki, paylı fondların yaradılması barədə qərar idarəçi tərəfindən qəbul edilir. Belə ki, müvafiq lisenziyaya malik olan idarəçi şirkət paylı investisiya fondu yaradır və onun fəaliyyətini təşkil edir. Paylı fondların növlərindən asılı olaraq əsas fərqlənmə onların paylarının geri satın alınması qaydaları və müddətlərdə və fondun aktivlərinin cari dəyərinin hesablanması və elan edilməsi üzrə aparılır. Belə ki, açıq fondlar ən azı həftədə bir dəfə, interval - ayda bir dəfə, qapalı isə onun qaydalarına dəyişiklik ediləndə və ya fond ləğv olunanda həyata keçirilir. Payların geri satın alınması isə açıq fondlar üzrə həftədə bir dəfədən az olmamaq şərti ilə, interval fondlar üzrə - ildə bir dəfədən az olmamaq şərti ilə, qapalı fondlar üzrə isə fondun fəaliyyətinin başa çatması halda və ya qanunlda müəyyən edilmiş hallarda həyata keçirilir.

Qanuna əsasən, investisiya fondunun aktivlərinin tərkibində pul vəsaitləri, qiymətli kağızlar və daşınmaz əmlak ola bilər. Daşınmaz əmlaka yalnız səhmdar və ya qapalı paylı investisiya fondları sərmayə yatıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR