Bank Of Baku

«Deka Bank»ın pulköçürmə sistemləri üzrə dövriyyəsi 38% azalıb

«Deka Bank»ın pulköçürmə sistemləri üzrə dövriyyəsi 38% azalıb
# 22 noyabr 2010 10:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin bu ilin yanvar-oktyabr aylarında pulköçürmə sistemləri üzrə dövriyyəsinin ümumi həcmi 243,542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38,4% azdır. Bunu «APA-Economics»ə açıqlamasında bankın baş mühasibi Bəhram Hüseynov bildirib.

B.Hüseynovun sözlərinə görə, hesabat dövründə pulköçürmə sistemləri üzrə banka daxil olan vəsaitlərin həcmi 33% azalaraq 157,603 min manat, xaricə köçürülən vəsaitlərin həcmi isə 47% azalaraq 85,939 min manat təşkil edib.

B.Hüseynov bildirib ki, bu müddət ərzində pulköçürmə sistemləri üzrə xidmətlərdən əldə edilən gəlirlər 37,2% azalaraq 1,882 min manata düşüb. Pulköçürmə sistemləri sırasında ən çox vəsait «Western Union» üzrə həyata keçirilib. Belə ki, bu ilin yanvar-oktyabr aylarında sözügedən sistem üzrə daxil olan vəsaitlərin həcmi 27,676 min manat, xaricə köçürülən vəsaitlərin həcmi isə 68,680 min manat olub.

Qeyd edək ki, «Deka Bank» ASC hazırda «Western Union», «Bıstraya Poçta», «Migom», «PrivatMoney» beynəlxalq pulköçürmə sistemləri üzrə xidmətlər göstərir.

Xatırladaq ki, «DekaBank» 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 36,376 mln. manat, depozit portfeli 10,573 mln. manat, o kredit portfeli 27,599 mln. manat, məcmu kapitalı 14,451 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,439 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 7 filialı, 1 bankomatı və 16 POS-terminalı və 86 işçisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR