Bank Of Baku

Bakıda audit üzrə Polşa-Azərbaycan elmi-praktik simpoziumu keçiriləcək

Bakıda audit üzrə Polşa-Azərbaycan elmi-praktik simpoziumu keçiriləcək
# 30 dekabr 2010 12:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Gələn il yanvar ayının 26-27-də Azərbaycan Auditorlar Palatası, Azərbaycan İqtisadçılar İttifaqı, Polşa Milli Auditorlar Palatası və «Azərbaycan» Universitetinin birgə təşkilatçılığı ilə Bakıda «Müasir şəraitdə auditin aktual problemləri» mövzusunda Polşa-Azərbaycan elmi-praktik simpoziumu keçiriləcək.

Azərbaycan Auditorlar Palatasından «APA-Economics»ə verilən məlumata görə, simpoziumda yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, auditin müasir problemləri və həlli yolları, Avropa Komissiyasının Məcburi Audit Direktivinin tətbiqi və onun praktik nəticələri, həmçinin Avropa Komissiyası tərəfindən müzakirəyə çıxarılmış «Audit siyasəti: böhranın dərsləri» mövzularında məruzələr və onların ətrafında çıxışlar nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR