Bank Of Baku

Azərbaycanda avro ilə əməliyyatların həcminin artması davam edir

Azərbaycanda avro ilə əməliyyatların həcminin artması davam edir
# 30 dekabr 2010 14:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən 2010-cu ilin yanvar-noyabr ayları ərzində banklar vasitəsi ilə satılmış nağd avronun həcmi 90 843 300 avro, alış həcmi isə 892 043 200 avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə satış həcmi 53,5%, alış həcmi isə 34,7% artıb.

Qeyd edək ki, nağd avro ilə əməliyyatların həcminin artması nağd dollarla əməliyyatların azalması ilə paralel gedir və bu proses artıq iki ay ərzində müşahidə olunur. Belə ki, yanvar-noyabr göstəriciləri üzrə illik müqayisədə nağd dolların alışı 13,2%, satışı isə 10,8% azalıb. Azərbaycanda mübadilə predmeti olan iki xarici valyutalar üzrə dövriyyədə bu cür natarazlığın obyektiv və subyektiv səbəbləri var ki, bunlar da bir-biri ilə sıx əlaqəlidir. Bu, ilk növbədə dollar/avro məzənnəsinin dünya bazarlarında böyük dəyişkənliklərə məruz qalması nəticəsində Azərbaycanda bu valyutaya spekulyativ tələbatı artırıb, dollara tələbatı isə azaldıb. Həmin amillər avro ilə əməliyyatların həcminin artmasında əsaslı rol oynayıb, çünki, dollar üzrə həm alış, həm də satış əməliyyatlarının həcmi azalıb, avro ilə isə əksinə, hər iki əməliyyat növü üzrə həcm artıb. Bu onu göstərir ki, bu sahədə xarici əlaqələr, o cümlədən pərakəndə idxal və işgüzar və fərdi məqsədlərlə səfərlərlə bağlı amillər əsaslı rol oynamır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR