Bank Of Baku

Analitiklər avronun ucuzlaşacağını proqnozlaşdırırlar

Analitiklər avronun ucuzlaşacağını proqnozlaşdırırlar
# 04 yanvar 2011 07:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yaponiyanın ən iri banklarından olan “Mizuho Corporate Bank”ının valyuta analitikləri avronun dollara qarşı məzənnəsinin 2011-ci ilin mart ayının sonunadək 1,29 dollara, ilin sonunadək isə 1,18 dollaradək enməsini proqnozlaşdırırlar. “APA-Economics”in məlumatına görə, bu proqnoz Avrozona ölkələrində borclar problemlərinin olması və onların həlli yolunda Avropa Mərkəzi Bankı tərəfindən monetar siyasətin yumşalması zərurətindən irəli gəlir.

Belə ki, bütün 2010-cu il ərzində Avropada ən kəskin iqtisadi problem olan suveren borclar və büdcə kəsiri problemlərinin həlli 2011-ci ildə də davam etdiriləcək və bu prosesin ləngiməsi və ya ölkələrin iqtisadiyyatları arasında natarazlıq yaranması avronun zəiflənməsinə səbəb olacaq.

Qeyd edək ki, hazırda avronun məzənnəsi 1,34 dollara bərabərdir. Ötən il ərzində avro dollara qarşı 8,3% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR