Bank Of Baku

«Muğan Bank» yeni «SMS Bildiriş» xidmətini təqdim edib

«Muğan Bank» yeni «SMS Bildiriş» xidmətini təqdim edib
# 05 yanvar 2011 07:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC «ATM SMS Notification Enrollment» adlı yeni «SMS bildiriş» xidmətini təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsilə müştəri real vaxt rejimində plastik kart hesabından aparılan bütün əməliyyatlar barədə məlumat ala bilər. Hesaba pul vəsaiti daxil olan və ya hesabdan ödəniş aparılandan sonra əməliyyat başa çatan kimi dərhal mobil telefona həmin əməliyyat barədə SMS göndəriləcək.

Qeyd edək ki, «ATM SMS Notification Enrollment» – «SMS Bildiriş» xidmətindən istifadə bankomatda, POS-terminalda və internetdə aparılmış bütün əməliyyatlar barədə kart sahibi tərəfindən seçilən nömrəyə göndərilən SMS vasitəsilə həmin an məlumat almaq imkanı verir. Müştərilər ayda 4 manat və ya ildə 48 manat ödəməklə bu xidmətdən istifadə edə bilərlər.

Xatırladaq ki, təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 29 filialı, 32 bankomatı və 70 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR