Azərbaycan manatı 2010-cu ildə əsas valyutalara qarşı möhkəmlənib

Azərbaycan manatı 2010-cu ildə əsas valyutalara qarşı möhkəmlənib
# 05 yanvar 2011 08:10 (UTC +04:00)
«APA-Economics»in apardığı hesablamalara görə, bunun əsas səbəbi dünya bazarlarında həmin valyutaların biri-birinə qarşı məzənnə dinamikası ilə bağlı olub.

Belə ki, ötən ilin yekunlarına görə, dünya bazarlarında avro dollara qarşı 8,2% ucuzlaşıb, bu da Azərbaycanda bu valyutaların manata qarşı məzənnəsinə təsir edib. Göründüyü kimi, manat-avro və manat-dollar məzənnələrinin yekun dəyişməsi avro-dollar məzənnəsinin dəyişməsinə tam uyğundur ki, bu da onu deməyə əsas verir ki, Azərbaycanda məzənnə siyasəti tamamilə xarici amillərdən asılı olub.

Eyni zamanda qeyd etmək lazımdır ki, il ərzində manatın dollara qarşı məzənnəsi aşağı dəyişkənlik nümayiş etdirib və lakin ilin sonuna yaxın dolların kəskin ucuzlaşması baş verib. Avroya qarşı isə manatın məzənnəsi daha yüksək dəyişkənlik nümayiş etdirib:







Cədvəldən göründüyü kimi, dolların məzənnəsi yanvar-avqust ayları ərzində dəyişməz qalıb, lakin ilin qalan aylarında dünya bazarlarında baş verən proseslərin təsiri altında kəskin enmə başlayıb. Enmənin əsas hissəsi isə dekabr ayına təsadüf edib.

Avronun manata qarşı məzənnəsi üzrə həm azalma, həm də artım tendensiyaları baş verib ki, bu da xarici amillərdən başqa daxili amillərlə də bağlı olub. Belə ki, dolların Azərbaycan iqtisadiyyatında, hesablaşmalarda daha böyük rol oynaması və psixoloji baxımdan daha həssas olması səbəbindən Mərkəzi Bank avronun məzənnəsinin daha sərbəst dəyişməsinə imkan verib, dolların məzənnəsini isə açıq bazara müdaxiləsi yolu ilə müəyyən dəhliz çərçivəsində saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR