Azərbaycan Mərkəzi Bankı uzunmüddətli kredit əməliyyatlarını artırmaq niyyətində deyil

Azərbaycan Mərkəzi Bankı uzunmüddətli kredit əməliyyatlarını artırmaq niyyətində deyil
# 05 yanvar 2011 09:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) 2011-ci il üçün pul siyasətinin hədəflərini yerinə yetirmək məqsədilə bazar alətlərindən çevik istifadə edəcək və faiz dəhlizinin parametrləri, o cümlədən uçot dərəcəsi, inflyasiya səviyyəsi, iqtisadi tsikl və maliyyə bazarlarındakı vəziyyətdən asılı olaraq tənzimlənəcək. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Bəyanatda həmçinin deyilir ki, bank sisteminin likvidliyi əsasən qısamüddətli əməliyyatlar vasitəsilə idarə olunacaq. Nisbətən uzunmüddətli yenidənmaliyyələşmə əməliyyatları isə yalnız xüsusi zərurət yaranan hallarda tətbiq olunacaq. Beləliklə, Mərkəzi Bankın yenidənmaliyyələşmə siyasəti əvvəlki illərlə müqayisədə dəyişməz qalacaq.

Eyni zamanda Mərkəzi Bank məcburi ehtiyat normalarının tətbiqi mexanizminin daha da təkmilləşdiriləcəyini, normanın səviyyəsinin bank sektoruna «qaynar kapital» axınının miqyasından asılı olaraq müəyyən olunacağını bəyan edir. Digər tərəfdən pul siyasəti alətlərinin makroiqtisadi effektivliyini artırmaq üçün AMB banklararası pul bazarında aktivliyin təşviqini davam etdirilmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR