Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı yeni makroiqtisadi model hazırlayacaq

Azərbaycan Mərkəzi Bankı yeni makroiqtisadi model hazırlayacaq
# 05 yanvar 2011 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) müxtəlif iqtisadi şokların dinamik tədqiqi məqsədilə yerli xüsusiyyətlər, habelə böhrandan sonrakı dövrün metodoloji çağırışları nəzərə alınmaqla ümumi tarazlıq modelinin nəzəri bazasında 2011-ci ildə yeni makroiqtisadi model hazırlayacaq. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Qeyd olunur ki, həmin model Mərkəzi Banka pul siyasətinin müxtəlif rejimlərində simulyasiyalar aparmağa və daha keyfiyyətlə proqnozlaşdırmağa imkan verəcək.

Ümumilikdə isə pul siyasətinin institusional bazasının inkişafı diqqət mərkəzində saxlanılacaq, iqtisadi diaqnostika, tədqiqat və proqnozlaşdırma bazası gücləndiriləcək. AMB cari ildə iqtisadi tsiklin izlənilməsi sisteminin tam formalaşması, bunun üçün aidiyyəti qurumlarla birlikdə makroiqtisadi və mikroiqtisadi statistikanın analitik dərinliyinin təmin olunması, tarazlı məzənnənin qiymətləndirilməsi, əmlak bazarında «köpüyün» ölçülməsi, inflyasiyanın proqnozlaşdırılmasında yeni modellərin tətbiqi işləri davam etdirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR