Bank Of Baku

Azərbaycanda «Kredit ittifaqları haqqında» qanuna dəyişikliklər hazırlanır

Azərbaycanda «Kredit ittifaqları haqqında» qanuna dəyişikliklər hazırlanır
# 05 yanvar 2011 13:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) fevral ayının 15-dək «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı təkliflərini Azərbaycan Mərkəzinə Bankına (AMB) təqdim etmək niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, mövcud qanundakı boşluqların araşdırılması və bu qanunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işlərin görülməsi üçün AKİA «Kredit ittifaqları haqqında» qanunu Polşa Kredit İttifaqları Assosiasiyasına göndərib.

E.Bağırov bildirib ki, mövcud boşluqlar kimi kredit ittifaqlarının MMC kimi qeydiyyatdan keçməsi, depozit cəlb etməməsi və digər səbəbləri göstərmək olar: «Dünya təcrübəsinə görə, kredit ittifaqları kooperativlər şəklində yaradılır. Kredit ittifaqları yaradılarkən ittifaqın vəsaitlərinin 80%-i cəlb edilən depozitlərin, 20%-i isə pay bölgüsü və üzvlük haqlarının payına düşür. Ümumiyyətlə, «Kredit ittifaqları haqqında» qanunda bu müddəalar olmadığı üçün Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının iri həcmli kapital formalaşdıra bilmir. Həmçinin, üzvlər üçün kreditin verilməsi də istənilən səviyyədə təmin edilmir. Bu zaman müştərilər mikrokredit təşkilatlarına müraciət edirlər».

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 70-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR