Bank Of Baku

«Nikoil Leasing» şirkəti ötən il lizinq müqavilələrinin sayını 46% artırıb

«Nikoil Leasing» şirkəti ötən il lizinq müqavilələrinin sayını 46% artırıb
# 06 yanvar 2011 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2011-ci il yanvar ayının 1-nə 4,942 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin əvvəlinə nisbətən 9,4% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin lizinq müqavilələrinin sayı 45,5% artaraq 16-ya, lizinqə verilən avadanlıqların dəyəri isə 4,4% artaraq 8,396 mln. manata çatıb. Həmçinin, 2010-cu ildə şirkətin əldə etdiyi mənfəətin həcmi 34 min manat təşkil edib ki, bu da 2009-cu ildə əldə olunan mənfəətin həcmi ilə müqayisədə 27% azdır.

M.Turabovun sözlərinə görə, lizinq portfelində istehsalat avadanlıqları, tikinti texnikası və nəqliyyat sektoru üstünlük təşkil edir.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 100 min manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR