Bank Of Baku

«Ansar Leasing» şirkəti bu il investisiya qoyuluşlarını 60% artıracaq

«Ansar Leasing» şirkəti bu il investisiya qoyuluşlarını 60% artıracaq
# 06 yanvar 2011 09:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda İslam İnkişaf Korporasiyasının (ICD) təsisçiliyi ilə yaradılan «Ansar Leasing» şirkəti 2011-ci il ərzində investisiya qoyuluşlarını 60% artıraraq 12 mln. ABŞ dollarına çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş meneceri Ceyhun Nağıyev bildirib.

C.Nağıyevin sözlərinə görə, bu il üçün hazırlanan strateji planda şirkətin lizinq portfeli 17 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2010-cu ilin yekun göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Bununla yanaşı, şirkətin müştəri bazasının 2,3 dəfə artırılaraq 360-a çatdırılması nəzərdə tutulub.

Xatırladaq ki, ICD tərəfindən yaradılmış «Ansar Leasing» şirkəti dövlət qeydiyyatına 2008-ci ilin dekabr ayının 12-də alınıb və şirkətin nizamnamə kapitalı 5 mln. manat təşkil edir. Lizinq obyektlərinin maliyyələşdirməsi əməliyyatlarına 2009-cu ilin oktyabr ayından başlayan şirkət əsasən maliyyə lizinqi xidmətləri göstərir və fəaliyyəti şəriət qaydalarına əsaslanır. Şirkətin maliyyələşdirmə şərtlərinə əsasən, lizinqin alınması üçün ilkin ödəniş 20% olmalıdır, maliyyələşdirmə müddəti isə 12-72 ay ola bilər. Şirkət bir layihə üçün maksimum 150 min dollar vəsait ayırır.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, şirkətin lizinq portfelinin həcmi 8 mln. dollar, lizinqə verilən avadanlıqların dəyəri 10 mln. dollar, yatırılan investisiyaların həcmi isə 7,5 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR