Bank Of Baku

Ötən il Azərbaycanda 96 mln. manat ipoteka krediti verilib

Ötən il Azərbaycanda 96 mln. manat ipoteka krediti verilib
# 06 yanvar 2011 11:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda adambaşına düşən ipoteka kreditlərinin məbləği 2010-cu il dekabr ayının 30-u vəziyyətinə 27,2 manata çatıb. Azərbaycan İpoteka Fondundan (AİF) «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabrın 1-ə bu rəqəm 26,3 manat, 2010-cu ilin əvvəlində isə 17,4 manat olub.

AİF-dən bildirilib ki, dekabr ayında əhaliyə 8,6 mln. manat ipoteka krediti verilib. Ümumilikdə, 2010-cu il ərzində ölkə bankları tərəfindən verilən kreditlərin məbləği 95,9 mln. manat olub. Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək verilən ipoteka kreditlərinin ümumi həcmi 248,1 mln. manata çatıb.

Dekabr ayında 9,2 mln. manatlıq, 2010-cu ildə 90,5 mln. manatlıq, ümumilikdə isə indiyədək verilən ipoteka kreditlərinin 175,9 mln. manatı və ya 70,9%-i təkrar maliyyələşdirilib.

Qeyd edək ki, 2010-cu ildə AİF 81 mln. manatlıq istiqraz buraxıb. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat təşkil edib.

AİF-in məlumatına görə, noyabrın 1-ə ipoteka krediti alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35 yaşında, 28%-i isə 36 yaşdan yuxarı olanlardır.

Qeyd edək ki, AİF-in xətti ilə ipoteka kreditləri 20 müvəkkil kredit təşkilatı vasitəsilə verilir. İpoteka prosesində 12 sığorta, 10 qiymətləndirici şirkətin xidmətlərindən istifadə olunur. Adi ipoteka kreditləri maksimum məbləği 50 min manat, ilkin ödəniş 20 % olmaqla, illik 8%-lə 25 illiyə verilir. Güzəştli (sosial) ipoteka kreditləri maksimum məbləği 35 min manat, ilkin ödəniş 15% olmaqla 30 illiyə, illik4 %-lə verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR