Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətində bivalyuta səbətindən imtina edir

Azərbaycan Mərkəzi Bankı məzənnə siyasətində bivalyuta səbətindən imtina edir
# 06 yanvar 2011 14:28 (UTC +04:00)
Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, makroiqtisadi təhlillər göstərib ki, dollar/manat məzənnəsinin hədəflənməsi hazırkı şəraitdə AMB-nin məqsədləri, xüsusən də inflyasiya səviyyəsinə təsir göstərmək hədəfi ilə daha çox uzlaşır: «Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı bu mexanizm həm də Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır».

AMB-nin məlumatında deyilir ki, 2008-ci ilin mart ayından etibarən Mərkəzi Bank özünün məzənnə siyasətini avro və dolların daxil olduğu bivalyuta səbətinin dəyərinin hədəflənməsi vasitəsilə həyata keçirib. Ötən müddət ərzində bu mexanizm qlobal valyuta bazarındakı prosesləri yerli məzənnələrə sirayət etdirməklə manatın çoxtərəfli məzənnəsinə nəzarət imkanlarını artırıb. Lakin son vaxtlar aparıcı valyutaların məzənnələrindəki dəyişkənliyin daha da kəskinləşməsi, inkişaf etməkdə olan ölkələr tərəfindən milli valyutaların qarşılıqlı dəyərsizləşdirilməsi və maliyyə sabitliyi hədəfinin prioritetliyi ilə səciyyələnən yeni şərait məzənnə siyasətinin taktikasına dəyişiklik etmək zərurəti yaradıb.

Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətinin tətbiqi mexanizminin təkmilləşdirilməsi çərçivəsində 2011-ci ilin yanvarın 10-dan dollar/manat ikitərəfli məzənnəsinin hədəflənməsinə keçidlə əlaqədar qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR