Bank Of Baku

«AGLeasing» şirkətinin lizinq portfeli 3 mln. manata çatıb

«AGLeasing» şirkətinin lizinq portfeli 3 mln. manata çatıb
# 07 yanvar 2011 08:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfeli 2011-ci il yanvar ayının 1-nə 3,013 mln. manat təşkil edib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin əvvəli ilə müqayisədə bu göstərici 2,2 dəfə azalıb.

Şirkət tərəfindən lizinqə verilən avadanlıqların həcmi 5,554 mln. manata bərabər olub ki, bu da ötən ilin yanvarın 1-nə olan müvafiq göstəricindən 1,8 dəfə azdır. Müvafiq olaraq lizinq müqavilələrinin sayında da 133-dən 103-dək azalma müşahidə olunub.

Ötən il ərzində şirkətin nizamnamə kapitalının həcmi dəyişməyib və 2011-ci ilin yanvarın 1-nə 1 mln. manat təşkil edib.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital Investments Ltd.» və ABŞ-ın «Delta Trans Group Llc.» şirkətləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR