Bank Of Baku

Avropa İttifaqı bankların müflisləşməsi üzrə yeni qaydalar hazırlayıb

Avropa İttifaqı bankların müflisləşməsi üzrə yeni qaydalar hazırlayıb
# 07 yanvar 2011 09:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa İttifaqı bank və investisiya fondlarının müflisləşməsinə dair yeni regional qaydalar sisteminin tətbiqini təklif edir. Bu sistemə əsasən, istiqraz sahibləri də bu qurumların xilas edilməsi ilə bağlı xərclərdə iştirak edəcəklər. «APA-Economics»in www.k2kapital.com portalına istinadən verdiyi məlumata görə, 2011-ci il mart ayının 3-dək ictimai müzakirələrə açıq elan edilən bu yeni qaydalarla Aİ bəzi bankların iri olması səbəbindən onların iflasa uğramasının mümkünsüzlüyü kimi bəhanəni aradan qaldırmaq niyyətindədir.

Həmçinin, qaydalar müflisləşmə prosesində istiqraz sahiblərinin iştirak həddini müəyyənləşdirir. Bundan əlavə, qaydalar bank rəhbərliyi və bankların biznes strategiyalarında milli tənzimləyici orqanlarının səlahiyyətləri də genişləndirilir ki, bu da əsasən ölkənin iqtisadi sabitliyinə zərbə vura biləcək hallar üçün nəzərdə tutulur.

Eyni zamanda, yeni qaydalarda bankın müflisləşməsinin əmanətlərin geri götürülməsi və hesablaşmaların həyata keçirilməsi kimi əsas bank xidmətlərinə təsir etməyəcəyi də vurğulanır. Qaydaların digər məqsədi isə bankın ləğv edilməsinin dövlət büdcəsinə təzyiqin yaratmamasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR