Bank Of Baku

Dünyanın ən iri banklarının siyahısı açıqlanıb

Dünyanın ən iri banklarının siyahısı açıqlanıb
# 08 yanvar 2011 07:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Almaniyanın “Handelsblatt” iqtisadi nəşri dünyanın kapitallaşma üzrə ən iri bankların siyahısını müəyyənləşdirib.

APA-Economics”in məlumatına görə, kapitallaşma üzrə ən iri bankların siyahısına Çin bankları başçılıq edir.

Beləliklə, dünyanın ən iri bank kimi Çinin “ICBC” bank müəyyənləşdirilib. Onun kapitallaşması 174,59 mlrd. avroya bərabərdir.

10 ən kapitallı bankların siyahısında “China Construction Bank” (kapitallaşma 168,76 mlrd. avro), Britaniyanın “HSBC” (138,230 mlrd. avro), ABŞ-ın “Wells Fargo” (123,15 mlrd. avro) və “JP Morgan Chase” (122,01 mlrd. avro), “Bank of China” (106,57 mlrd. avro), ABŞ-ın “Citigroup” (104,82 mlrd. avro), “Agricultural Bank of China” (101,05 mlrd. avro), “Bank of America” (99,65 mlrd. avro) və Braziliyanın “Itau Unibanco” (70,56 mlrd. avro) bankları da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR