Bank Of Baku

Qvido Manteqa: «Dünya qlobal ticarət müharibəsi astanasındadır»

Qvido Manteqa: «Dünya qlobal ticarət müharibəsi astanasındadır»
# 10 yanvar 2011 06:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya irimiqyaslı ticarət müharibəsi astanasındadır ki, buna Çin və ABŞ kimi ölkələrin valyuta məzənnələrinin manipulyasiya etməsi səbəb ola bilər. «APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, bunu Braziliyanın maliyyə naziri Qvido Manteqa bildirib.

Onun sözlərinə görə, Braziliya milli valyutasının möhkəmlənməsinə qarşı bir sıra tədbirlər hazırlayır. Eyni zamanda, Braziliya G-20 sammitində valyuta məzənnələrinin manipulyasiyası problemi ilə bağlı məsələni də qaldırmaq niyyətindədir.

Qeyd edək ki, son 2 il ərzində Braziliya realının məzənnəsi dollara qarşı 40% möhkəmlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR