«Facebook» IPO keçirəcək

«Facebook» IPO keçirəcək
# 10 yanvar 2011 08:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin aprel ayında «Facebook» sosial şəbəkə korporasiyası IPO (Initial Public Offering – İlkin Kütləvi Yerləşdirmə) keçiriəcək.

«APA-Economics»in «The Wall Street Journal»a istinadən verdiyi məlumata görə, hazırda korporasiyanın 500 səhmdarı mövcudur. Eyni zamanda, şirkət səhmlərin qorunub saxlanması üçün «Facebook»un səhmlərini satacaq səhmdar-əməkdaşlarına 2,5 min ABŞ dolları həcmində cərimə tətbiq edəcəyini elan edib.

Qeyd edək ki, «Facebook»un hazırkı dəyəri «eBay» (kapitallaşması 30 mlrd. dollar) və «Yahoo!»dan (18,07 mlrd. dollar) bir qədər çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR