Bank Of Baku

Rusiya və Çin arasında ticarət dövriyyəsinin həcmi 55 mlrd. dolları ötüb

Rusiya və Çin arasında ticarət dövriyyəsinin həcmi 55 mlrd. dolları ötüb
# 10 yanvar 2011 08:41 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya və Çin arasında ticarət dövriyyəsinin həcmi 2010-cu ildə 55,448787 mlrd. dollar təşkil edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Çin Gömrük İdarəsi açıqlama yayıb.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2009-cu illə müqayisədə 43,1% artıb. Ayrılıqda Çindən Rusiyaya ixracın həcmi 69% artaraq 29,61 mlrd. dollara, Rusiyadan Çinə ixracın həcmi isə 21,7% artaraq 25,84 mlrd. dollara çatıb.

Ekspertlərin fikrincə, bu göstəricilər Rusiya və Çinin iqtisadi böhranın nəticələrini aradan qaldırdıqlarını və 2008-ci il göstəriciləri səviyyəsinə qayıtdıqlarını göstərir.

Qeyd edək ki, 2008-ci ildə Rusiya və Çin arasında ticarət dövriyyəsinin həcmi 56 mlrd. dollar təşkil edib. 2009-cu ildə bu göstərici 32% azalaraq 38,8 mlrd. dollara enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR