Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini azaldıb
# 10 yanvar 2011 09:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu il dekabr ayında dövlət büdcəsinə 191,329 mln. manat vəsait ödəyib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu, 2010-cu ilin noyabr ayı ilə müqayisədə 72% çox olsa da, 2009-cu ilin dekabr ayı ilə müqayisədə 64% azdır.

Ümumilikdə, ARDNŞ 2010-cu ildə ərzində dövlət büdcəsinə 1 262,890 mln. manat həcmində vəsait ödəyib. Bu, 2009-cu ilə nisbətən 14% azdır.

Bundan başqa, cari ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13,894 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin dekabr ayına nisbətən 16,2% çoxdur. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş, operativ məlumata əsasən, 137,982 mln. manat təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 19,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR