Bank Of Baku

BBVB-nin dövriyyəsi dekabrda 21% azalıb

BBVB-nin dövriyyəsi dekabrda 21% azalıb
# 10 yanvar 2011 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 56 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 20 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 111,280 mln. manat və ya dollar ekvivalentində 139,530 mln. təşkil edib. Bu isə 2010-cu ilin noyabr ayı ilə müqayisədə 29,5 mln. manat və ya 21% azdır.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 6,342 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 2,492 mln. dollar təşkil edib.

Eyni zamanda, dekabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (35,05%), «Azərbaycan Sənaye Bankı» (14,61%), «Unibank» (4,43%), «Expressbank» (3,23%) və «Bank SilkWay» (3,01%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR