Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi dekabrda 0,3% düşüb

Azərbaycanda dolların birja məzənnəsi dekabrda 0,3% düşüb
# 10 yanvar 2011 12:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,3% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7991 AZN-dən 0,7967 AZN-dək düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi dekabr ayında 0,7975 AZN-ə bərabər olub. Halbuki, noyabr ayında bu göstərici 0,7993 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin dekabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 44 ticarət sessiyasında 20 bankın iştirakı ilə 111,280 mln. manat və ya 139,530 mln. dollar həcmində 56 alqı-satqı əqdi qeydə alınıb. Bu isə noyabr ayı ilə müqayisədə 21% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR