Bank Of Baku

«Turanbank»ın «Bakı» filialının yeni ofisi açılıb

«Turanbank»ın «Bakı» filialının yeni ofisi açılıb
# 10 yanvar 2011 13:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin «Bakı» filialının yeni inzibati binası istifadəyə verilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Dilarə Əliyeva küçəsi,251 ünvanında yerləşən filial fiziki şəxslərlə və korporativ müştərilərə bütün növ bank xidmətləri göstərir.

Qeyd edək ki, «Bakı» filialı bankın paytaxtda yerləşən 6 filialından biridir. Hazırda bankın ölkə üzrə 11 filialı fəaliyyət göstərir ki, bunun 5-i regionda (Gəncə, Sumqayıt, Tovuz, Ağstafa, Zaqatala) yerləşir.

Bankdan bildirilib ki, «Turanbank»ın yeni strateji planında mövcud filialların sayını artırmaqla Azərbaycanın müxtəlif regionlarını özündə birləşdirən geniş filial şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR