Bank Of Baku

Avropanın ən yaxşı maliyyə naziri seçilib - FOTO

Avropanın ən yaxşı maliyyə naziri seçilib - <font color=red>FOTO</font>
# 11 yanvar 2011 07:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropa kütləvi informasiya vasitələri 2010-cu il üçün Avropanın ən yaxşı maliyyə nazirini seçib.

«APA-Economics»in məlumatına görə, Avropada ötən ilin ən yaxşı maliyyə naziri Estoniya Maliyyə Nazirliyinin rəhbəri Yurgen Liqi seçilib. O, Estoniya iqtisadiyyatı çətin vəziyyətdə olan bir vaxtda - 2009-cu ilin ortalarında maliyyə naziri vəzifəsinə təyin olunub. Qısa müddət ərzində Y.Liqinin gördüyü tədbirlər nəticəsində Estoniyanın büdcə kəsiri ÜDM-nin 9%-dən 3%-dək azalıb.

Avropanın ən yaxşı maliyyə nazirinin seçilməsində bankir və iqtisadçılardan sorğu olunub. Respondentlər Y.Liqinin iqtisadi böhran dövründə ölkənin büdcə defisitini nəzarət altında saxlaya bilməsini vurğulayıb. Bu da Estoniyanın avrozonaya daxil olmasında öz rolunu göstərib.

Qeyd edək ki, Estoniya avrozonaya 2011-ci ilin yanvarın 1-dən etibarən daxil olub və bununla da milli valyutası krondan imtina edib. Estoniya avrozonanın ən kasıb ölkələrindən sayılır. Belə ki, burada orta aylıq əmək haqqı 760 avro, işsizliyin səviyyəsi isə 15,5% təşkil edir. Buna baxmayaraq, 2010-cu ildə ölkə iqtisadiyyatında artım templəri müşahidə olunub. Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Estoniyada ÜDM-in 4% artacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR