Bank Of Baku

Azərbaycanda vergi bəyannamələrinin təqdim edilməsi vaxtı dəyişdiriləcək

Azərbaycanda vergi bəyannamələrinin təqdim edilməsi vaxtı dəyişdiriləcək
# 11 yanvar 2011 09:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanda fərdi sahibkarların online rejimdə qeydiyyatının tətbiqinə başlanılacaq. «APA-Economics»in məlumatına görə, bu, vergilər naziri Fazil Məmmədovun təsdiqlədiyi «2011-2015-ci illərdə vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı konsepisiyası»nda nəzərdə tutulub. Respublikada elektron imza sistemi tətbiq edildikdən sonra isə sahibkarlıq subyektinin online qeydiyyata alınması ilə bağlı təkliflərin hazırlanmasına başlanacaq – ilkin olaraq bu, 2014-2015-ci illərdə gözlənilir.

Konsepsiyanın tədbirlər planına əsasən, 2012-ci ildə vergilərin elektron formada ödənilməsi üzrə təkliflərin verilməsi və e-ödənişlərin tətbiqinə başlanacaq. Artıq 2012-2013-cü illərdə isə vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı - fəaliyyət növünün dəyişdirilməsi, fəaliyyətin dayandırılması barədə ərizə və sənədlərin elektron daşıyıcıları vasitəsilə təqdim edilməsinin tətbiq olunacaq.

Bununla yanaşı bildirilir ki, 2011-2012-ci illərdə vergi bəyannamələrinin tərtibatı və təqdim edilməsi müddətlərinə yenidən baxılacaq. Tədbirlər planında vergi bəyannamələrinin tərtibatının sadələşdirilməsi və təqdim edilməsi müddətləri üzrə hədlərin müəyyən edilməsi məqsədilə araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR