Bank Of Baku

«MBC Leasing» şirkətinin lizinq portfeli 1,2 mln. manata çatıb

«MBC Leasing» şirkətinin lizinq portfeli 1,2 mln. manata çatıb
# 11 yanvar 2011 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Pakistanın Azərbaycanda fəaliyyət göstərən «MBC Leasing» şirkətinin lizinq portfeli 2011-ci il yanvar ayının 1-nə 1,2 mln. manata çatıb.

Şirkətin İdarə Heyətinin sədr müavini Anar Yadigarovun «APA-Economics»ə verdiyi məlumata görə, ötən il ərzində şirkət tərəfindən bağlanan müqavilələrin sayı 16, müştərilərin sayı isə 13 olub.

Həmçinin, bu ilin əvvəlinə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 1,792 mln. manat, aktivlərinin həcmi 1,460 mln. manat, nizamnamə kapitalı isə 842,105 min manat təşkil edib.

Qeyd edək ki, «MCB Leasing» şirkəti 2009-cu ilin oktyabr ayında qeydiyyatdan keçib, lizinq layihələrinin maliyyələşdirilməsinə isə 2010-cu ilin iyun ayından başlayıb. Şirkətin səhmdar kapitalında 95% Pakistanın «MBC Bank»ına, 5% isə yerli fiziki şəxsə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR