Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmaları ötən il 14% artıb

«Azərbaycan Sənaye Sığorta» şirkətinin daxilolmaları ötən il 14% artıb
# 11 yanvar 2011 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkətinin 2010-cu ildə topladığı sığorta haqlarının həcmi 5,161 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yekun göstəricisi ilə müqayisədə 14,4% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 2,1 dəfə artaraq 1,673 mln. manat təşkil edib.

Ötən il ərzində şirkətin könüllü sığorta növləri üzrə daxilolmaları 4,623 mln. manat, icbari sığorta növləri üzrə isə 538,717 min manat olub.

Daxilolmaların strukturunda 2,786 mln. manat «Yüklərin (nəqliyyat) sığortası», 526,852 min manat «Tibbi sığorta» və 481,436 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası» növlərinin payına düşüb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 54%, 10% və 9,3% təşkil edib.

Ödənişlərdə isə könüllü sığorta növləri üzrə 1,664 mln. manat, icbari sığorta növləri üzrə 8,860 min manat həcmində vəsait ödənilib. Ödəmələrdə ən çox vəsait «Yüklərin (nəqliyyat) sığortası» (998,567 min manat və ya 60%), «Tibbi sığorta» (204,736 min manat və ya 12,2%) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (179,584 min manat və ya 11%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «Capital İnvestment Insurance» («CI Insurance») brendi ilə tanınıb. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR