Bank Of Baku

Yaponiya da borc böhranı ilə mübarizədə Avropaya kömək edəcək

Yaponiya da borc böhranı ilə mübarizədə Avropaya kömək edəcək
# 11 yanvar 2011 11:50 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya borc böhranı fonunda investorların Avropa Maliyyə Sabitliyi Fonduna inamını artırmaq üçün avrozonanın dövlət istiqrazlarını almağı planlaşdırır.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bunu Yaponiyanın maliyyə naziri Yosixiko Noda bəyan edib.

Onun sözlərinə görə, rəsmi Tokio İrlandiyaya vəsait cəlb etmək məqsədilə bu ayın sonunda buraxılması planlaşdırılan avrozona istiqrazlarının 20%-ni almaq imkanlarını nəzərdən keçirir: “Bunun üçün Yaponiyanın valyuta ehtiyatlarındakı avrodan istifadə olunacaq”.

Qeyd edək ki, 2010-cu ilin əvvəlində Yunanıstandan başlayan borc böhranı sonradan avrozonaya daxil olan İrlandiya, Portuqaliya və İspaniyanı da əhatə edib. Yaponiyadan əvvəl Çin hökuməti borc böhranı ilə mübarizədə Avropa İttifaqı ölkələrinə kömək edəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR