Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0580, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0580, AMFBI indeksi 1,0001 təşkil edib
# 13 yanvar 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməz qalaraq yanvar ayının 13-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0579 bənd və ya 5,8% artaraq 1,0580 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib və 1,0001-ə bərabər olub.

Yanvarın 12-də 10 mln. manat həcmində olan notların bir buraxılışı dövriyyədən çıxarılıb və 12 mln. manatlıq bir emissiya yerləşdirilib. Nəticədə, notlar bazarın kapitallaşması artıb ki, bu da ACBDI indeksinin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR