Bank Of Baku

Dünya Bankı: Bu il dünya iqtisadiyyatının artım tempi 3,3%-ə düşəcək

Dünya Bankı: Bu il dünya iqtisadiyyatının artım tempi 3,3%-ə düşəcək
# 13 yanvar 2011 07:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya iqtisadiyyatının inkişafı zəif fazaya keçsə də, 2011-2012-ci ildə stabil artacaq. Dünya iqtisadiyyatının artımının təxminən yarısı inkişafda olan ölkələrin payına düşür. «APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankının (DB) dərc etdiyi «2011-ci il üçün qlobal iqtisadi perspektivlər» məruzəsində bildirilir.

Məruzədə qeyd olunub ki, əgər 2010-cu ildə dünya üzrə məcmu ÜDM-in artım tempi 3,9% təşkil edibsə, 2011-ci ildə bu göstərici 3,3%-ə düşəcək, 2012-ci ildə isə dünya iqtisadiyyatının 3,6% yüksələcəyi gözlənilir.

DB-nın proqnozlarına əsasən, inkişafda olan ölkələrdə ÜDM-in artım tempi 2010-cu ildə 7% olub, 2011-ci ildə 6%, 2012-ci ildə isə 6,1% təşkil edəcək. İnkişaf etmiş ölkələrdə isə bu göstəricilər müvafiq olaraq 2,8% təşkil edib, 2,4% və 2,7% olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR