Bank Of Baku

Azərbaycan kredit bazarında dollarlaşma səviyyəsi azalır

Azərbaycan kredit bazarında dollarlaşma səviyyəsi azalır
# 13 yanvar 2011 07:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən verilən kreditlərin valyutalar üzrə strukturunda manatla ayrılan kreditlərin xüsusi çəkisi 63,5%-ə bərabərdir. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu il dekabr ayının 1-nə 9,092 mlrd. manat həcmində olan kredit təşkilatlarının ümumi kredit portfelinin 5,770 mlrd. manatlıq hissəsi manatla verilən kreditlərin, qalan hissəsi isə xarici valyutada verilən kreditlərin payına düşür. Beləliklə, manatla kreditlərin həcmi valyuta kreditlərini 1,7 dəfə üstələyir.

Qeyd edək ki, Azərbaycan kredit bazarında valyuta kreditlərinin əsas hissəsi dolların payına düşdüyünə görə, daxili kredit bazarında dollarlaşmanın səviyyəsinin azaldığını bildirmək olar. Bu da öz növbəsində kredit alanlar arasında dolların məzənnəsinin yaxın perspektivdə sabit qalacağına inamının güclü olduğunu göstərir, çünki kredit alınan zaman valyutanı seçmək hüququ məhz borcalana məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR